“Bayer” daha bir rekorda imza atıb.

Leverkuzen təmsilçisinin rekordu Avropa Liqasının yarımfinal mərhələsinin “Roma” ilə cavab matçında (2:2) qeydə alınıb. Xabi Alonsonun komandası 90+7-ci dəqiqədə vurduğu qolla heç-heçə etməklə məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.

Bu, Avropa rekordudur.  Bundan əvvəl “Benfika” (Portuqaliya) 1963-1965-ci illərdə ardıcıll 48 oyunda məğlub olmamışdı.

Shares: