Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə qoşulub.
Futbolinfo.az xəbər verir ki, yarımfinala qədər irəliləyən idmançımız, bu mərhələdə Şimali Koreya təmsilçisi Son Hyanq Kimə məğlub olmaqla lisenziya şansını sabaha saxlayıb.
O, üçüncü yer uğrunda görüşdə qalib gələrsə Paris 2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Bu gün qadınlardan ibarət yığmanın daha 4 üzvü xalça üzərinə çıxıb. Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68kq) rəqiblərinə məğlub olaraq Paris-2024-də lisenziya şanslarını itiriblər.