“Roma”nın hücumçusu Paulo Dibala aprel ayında İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
Futbolinfo.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu ölkə çempionatının 37-ci turunun baş tutacaq oyunu öncəsi fərdi mükafat alacaq.
30 yaşlı oyunçu A Seriyasının bu mövsümündə 26 oyun keçirib. Dibalanın hesabında 13 qol və 9 məhsuldar ötürmə var.
“İnter”ə rəhbərlik edən Simone İnzaqi də aprel ayının ən yaxşı baş məşqçisi elan edilib.