“Milan” Benjamin Şeşkonu heyətinə qatmaq istəyir. İtaliya klubu sloveniyalı hücumçu üçün yayda “Leypsiq”in qapısını döyəcək.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı forvard bu mövsüm alman klubunun heyətində 17 qola imza atıb. Milanlılar ona əsas heyətdə daim oynamaq vədi verərək A Seriyasına gətirmək istəyir. Bundesliqa təmsilçisinin 50 milyon avroluq tələbini qarşılamaq niyyətində olan “rossonyerlər” onun yüksək maaş tələbini də qarşılayacaq (La Gazzetta dello Sport).

“Leypsiq” Şeşkonu ötən yay “Zalsburq”dan 24 milyon avro ödəyərək alıb. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayınadəkdir.

Shares: