Almaniyanın “Bavariya” klubunun üzvü Manuel Noyer Bundesliqada 500 oyun keçirən dördüncü qapıçı olub.

Futbolinfo.az xəbər verir ki, bu, 2023/2024 mövsümünün 33-cü turunda, “Volfsburq”la oyunda reallaşıb.

Noyerə qədər Almaniya çempionatında Oliver Kan (557), Ayke İmmel (534), Uli Ştayn (512) 500 və daha çox oyun keçirib.

Shares: