“Turan Tovuz”un məşqçiləri Niderlanda gedib. Baş məşqçi Ayxan Abbasov, köməkçisi Elnur Çodarov, eləcə də klub idarəçilərindən bir neçəsi Avropa ölkəsində təcrübədədir.
Futbolinfo.az-ın məlumatına görə, onlar PSV, “Feyenoord” və “Utrext”in düşərgəsində olub. Niderland klublarında təcrübə keçən təmsilçilərimiz bir sıra görüşlər keçirib.
Abbasov və Çodarov bu gün vətənə qayıtmalıdır. Tovuzluların mayın 17-də “Qarabağ”a qarşı səfər matçının son hazırlıqlarına məşqçilər özləri rəhbərlik edəcək. Digər klub nümayəndələri isə bir gün sonra geri dönəcək.