CİES futbol observatoriyası dünyanın 54 liqasında cari mövsüm ən çox təsir qüvvəsinə malik oyunçuları açıqlayıb.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası ilə bağlı araşdırma da aparılıb. Araşdırma zamanı futbolçuların meydandakı performansı, oyun dəqiqələri və nəticələr nəzərə alınıb.

Çempionatımızda ən reytinqli futbolçu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradedir. Portuqaliyalının reytinqi 57,4-ə bərabərdir. Onu müvafiq olaraq komanda yoldaşları Toral Bayramov və Olavio Juninyo izləyirlər.

Premyer Liqanın ən çox təsir qüvvəsinə malik 10 futbolçusu:

1. Leandro Andrade (“Qarabağ”) – 57,4 (1854 dəqiqə)

2. Toral Bayramov (“Qarabağ”) – 56,8 (2031)

3. Olavio Juninyo (“Qarabağ”) – 54,0 (1898)

4. Julio Romao (“Qarabağ”) – 53,7 (1985)

5. Abdullah Zubir (“Qarabağ”) – 53,1 (1601)

6. Yassin Benzia (“Qarabağ”) – 52,6 (1487)

7. Con İrasabal (“Sabah”) – 52,1 (1878)

8. Yuri Matias (“Neftçi”) – 51,2 (2592)

9. Emin Mahmudov (“Neftçi”) – 50,9 (2230)

10. Pyer Zebli (“Zirə”) – 49,8 (2238)

Shares: