Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında ilk matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, yığma yerli OKMK klubu ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın 30:28 (18:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır.
Yığmamız A qrupunda Qazaxıstanın ALMATA REGİON və Özbəkistanın ROPSTTM kollektivləri ilə də qarşılaşacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər.