“Sabah”ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” BK ilə final seriyasının ilk oyunundan sonra görüşlə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Əsas heyət üzvü olan 2 yerli basketbolçumuzun diskvalifikasiya səbəbindən komandamıza kömək edə bilməməsi oyunumuza mənfi təsir göstərdi. 3+2 limitində isə yerli basketbolçu amili oyunda böyük fərq yaradır. Onları əvəzləməli olan digər yerli basketbolçularımız isə 30 dəqiqə oynamağa hazır deyildi. Bundan əlavə basketbolçularımızın oyuna yanaşmasını da bəyənmədim. Enerji hiss olunmurdu. Lakin istənilən halda final seriyası 3 qələbəyə kimi davam edir. Qısa müddət ərzində toparlanıb final seriyasının ikinci oyununa yaxşı hazırlaşmalıyıq”.