Norveçli qrossmeyster Maqnus Karlsen Kasablankada keçirilən şahmat turnirinin qalibi olub. O, heç bir oyunda uduzmayıb və yekunda 4,5 xal toplayıb.
Bazar günü, 2-ci turda, “Casablanca Chess” turnirinin bütün oyunçularına “ tarixi oyunlar” əsasında mövqelər təqdim edilib. Fiqurların öyrənilməsi və düzülməsini anlamaq üçün hərəyə iki dəqiqə vaxt verilib.
Amerikalı Hikaru Nakamura 3,5 xalla ikinci, hindistanlı Vişvanatan Anand isə 3 xalla üçüncü yeri tutub. Misirli Bassem Amin 1 xal toplayaraq ilk dördlüyü qapayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Federasiyası (FİDE) son vaxtlar şahmat oyununun bu yeni versiyasını təbliğ edir.