Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" heyətinə daha bir futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, " bankirlər" milli komandamızın hücumçusu Rauf Əliyevlə anlaşıb.
Bakı klubu onunla 6 aylıq müqavilə bağlayıb. Lakin müqavilədə xüsusi bir bənd var. Belə ki, Əliyevə digər klublardan təklif gələrsə, futbolçu istənilən vaxt komandanı tərk edə bilər. Buna səbəb onun paytaxt klubundan maaş almamasıdı.
Qeyd edək ki, Rauf ötən mövsümün sonu digər paytaxt təmsilçisi "Neftçi"dən ayrılıb.