Bu gün Çempionlar Liqasının püşkatma mərasimi baş tutub. Futbolinfo.az xəbər verir ki, bu yarışda ölkəmizi təmsil edəcək son çempion “Qarabağ”ın da rəqibi məlum olub.
Belə ki, “atlılar” 2-ci təsnifat mərhələsində Çernoqoriyanın “Rudar” klubu ilə qarşılaşacaq. Bu, təmsilçilərmizin avrokuboklarda adıçəkilən ölkənin klubları ilə 2-ci üzləşmə olacaq. Bundan öncə ilk dəfə 2010/11 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Bakı” “Budunçost”la qarşılaşmışdı. Həmin vaxt hər 2 oyunda təmsilçimiz qalib gəlmişdi. Lakin sonradan Bakıda baş tutan ilk oyunun nəticəsi ləğv olunmuş və “zolqalılar”a 0:3 hesablı texniki məğlubiyyət verilmişdi. Belə ki, o zaman klub səhləkarlığa yol verərək, bir neçə il öncə “Herta”da oynayarakən avrokuboklarda cəzalı duruma düşmüş Joel Epalleni meydana buraxmışdı. Elə buna görə də təmsilçimiz haqlı olaraq texniki məğlubiyyətlə cəzalandırılmışdı. "Zolaqlılar" cavab matçında 2:1 hesabı ilə rəqibini üstələsə də, bu, növbəti mərhələyə çıxmaq üçün kifayət etməmişdi.
Bundan başqa əsas millilər səviyyəsində də Çernoqoriya ilə 1 dəfə rəqib olmuşuq. 2010-cu ilin noyabrnda Podqoristada yoldaşlıq matçı çərçivəsində üzləşən yığmamız bu rəqibinə 2:0 hesabı ilə məğlub olmuşdu.
Ümumiyyətlə, “Qarabağ”ın gələcək rəqibinin son illərdə avrokuboklarda qazandığı nəticələr baxsaq, rəqib Ağdam təmsilçisinin dişinə görədi. Belə ki, Balkan təmsilçisi indiyədək avrokuvboklarda iştirak etdiyi 5 cəhddən yalnız 2-də növbəti mərhələ sevinci yaşayıb. Çernoqoriyalılar hər iki halda özlərindən zəif komandanı mübarizədən kənarda qoyub. Rəqib indiyədək 14 avrokubok matçına çıxıb. Bu qarşılaşmalardan yalnız 3-də qalib gələn "şaxtaçılar", 3 dəfə də meydanı sülhlə tərk edib. 8 görüşdə isə rəqibinə məğlub olub. Komanda vurduğu 12 topun müqabilində, 24 dəfə topu meydandan çıxarmağa məcbur olub. "Ağ-göylər" qalib gəldiyi 3 görüşdən 2-də San Marino təmsilçisini udduğunu da xatırlatmaq lazımdı. Komanda tarixində 2-ci dəfədi ki, ÇL-də iştirak edəcək. Bundan öncə 2010/11 mövsümündə də iştirak edən “şaxtaçılar” ilkin təsnifat mərhələsini uğurla keçib, növbəti turda Bolqarıstanın “Liteks” klubuna hər 2 matçın cəmində məğlub olmuşdu.
Ümumiyyətlə, Çernoqoriyanın yığma səviyyəsində güclü olması bizi qorxutmamlıdı. Çünki bu ölkənin ən yaxşı futbolçuları xarici ölkə çempionatlarında çıxış edir. Ölkə klub futbolu baxımından elə də uğurlu nəticələr qazana bilmir. Əbəs yerə deyil ki, çernoqoriyalılar klub reytinqi baxımından Avropada 54 ölkə arasında 41-ci yerdə qərar tutub. Maraq üçün bildirəkki, Azərbaycan bu siyahıda 29-cu mövqedədi. Real yanaşsaq, “Qarabağ” bu rəqibini hətta hər 2 görüşdə məğlub etmək iqtidarındadı.