"Qarabağ"ın Çempionlar Liqasınının II təsnifat mərhələsindəki rəqibi olan "Rudar"ın iştirak etdiyi Çernoqoriya çempionatı nadir ölkələrdə rast gəlinən 3 dövrəli sistemlə keçirilir. Futbolinfo.az xəbər verir ki, Pleviya təmsilçisi 2014-2015 mövsümündə tarixində 2-ci dəfə Çernoqoriya çempionluğunu əldə edib.
"Sutyeska" ilə qızıl medallar uğrunda mübarizə aparan "Rudar" 33 turun yekunlarına əsasən 72 xal toplayaraq, əsas rəqibini 3 xal arxada qoyub. 2009-2010 mövsümündə də ölkə çempionluğunu qeyd etmiş Ağdam təmsilçisinin rəqibi 3 dəfə də ölkə Kubokunu başı üzərinə qaldırmağı bacarıb. 2006-cı ildən bəri müstəqil Çernoqoriya çempionatında iştirak edən "Rudar" bir dəfə gümüş və bir dəfə bürünc medallara da sahib olub.