“Turan Tovuz” PFK-nın baş məşqçisi Ayxan Abbasovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub göstərdiyi xidmətlərə görə Ayxan Abbasova təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.

Xatırladaq ki, Abbasov 2022-ci ildən bu komandaya rəhbərlik edirdi. Tovuz təmsilçisi geridə qalmış mövsümü 6-cı pillədə başa vurub.

Shares: