“Səbail”də baş məşqçi dəyişikliyi olmayacaq. Klub rəhbərliyi Şahin Diniyevlə yola davam etmək qərarı verib.

Futbolinfo.az xəbər verir ki, komandanın mövsümü 7-ci yerdə başa vurub hədəfindən uzaq düşməsi mümkün dəyişikliklər ehtimalını artırmışdı. Amma klubdaxili iclasdan sonra məşqçinin postunda qalması məsləhət bilinib.

Bunun əsas səbəbi Diniyevin rəhbərliyin yeni şərtlərinə razı olmasıdır. Belə ki, məşqçi büdcənin əhəmiyyətli şəkildə azaldılmasına razılaşıb, əsas komandanı qurmaq üçün ayrılacaq 3,5 milyon manatı yetərli bilib. Şahin bəy bu pulla da yaxşı komanda qurmağın mümkünlüyünü deyib, nəticələri yaxşılaşdırmaq vədi verib.

Shares: