Çoxlarının idmanla məşğul olduğunu görmək artıq təccüblü deyil. İstər sosial şəbəkələrdə, istərsə də ətrafımızda aktiv həyat tərzi kifayət qədər təbliğ olunur. Son illər açılan müxtəlif idman klubları, fitness zalları, idmana olan marağı artıran səbəblərdən biridir. Bəs bu aktivlik həyatımızı necə dəyişir?

Bəxtiyar Abdullayev (məşqçi): “Kardioməşqlərə üstünlük verən insanlar mütləq şəkildə pəhriz saxlayırlar ki, o pəhrizin faydasını da gün ərzində görürlər. Gənclərə, böyüklərə, uşaqlara, hər bir kəsə  tövsiyə edərdim ki, idmanla məşğul olsunlar ”.

Gənc nəslin sağlamlığı və fiziki cəhətdən inkişafı dünyada ən vacib məsələlərdən biridir. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Mütəmadi idman məşqlərinin faydaları hər kəsə məlumdur.

Lakin bir çox insan vaxt məhdudiyyətindən idmana laqeyd yanaşırlar. Günün rejimini araşdıran alimlər 18-64 yaş arasında olan insanlarda qısa müddətli intensiv hərəkətlərin (məsələn, yerimək) 10 dəqiqəlik mütəmadi sürən idman məşqlərinə bərabər olduqları nəticəsinə gəliblər. Bu cür kardioməşqlər bir sıra xəstəliklərin, həmçinin xroniki ürək xəstəliklərinin qarşısını alır.

Bəxtiyar Abdullayev: “Hazırda günümüzün qlobal problemlərindən biri olan artıq çəkidən əziyyət çəkmək, sağlam qidalanmamaq, aşırı dərəcədə qan təziyqi – bunların hamısının səbəbi düzgün qidalanmamaqdır. Ancaq idmanla məşğul olarkən qan sistemində, hətta həzm problemi olan insanlar belə, necə gözəl fayda verəcəyini özləri görəcəklər”.

Əlbəttə, idman sadəcə uşaqların və gənc nəslin məşğul ola biləcəyi bir məşğuliyyət deyil. Müasir dövrümüzdə idman yaşlı əhali arasında da güclü mövqe tutur. Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsidir.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

Shares: