“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını başa vurdu. Dünən Çempionlar Liqasında Dortmund “Borussoya”sına qarşı final oyunu (2:0) onun klub karyerasında sonuncu görüş idi.

Madridlilərin baş məşqçisi Karlo Ançelotti titulla vida edən alman oyunçunun karyerasını dəyərləndirib: “Kroos karyerasını ən yüksək səviyyədə keçirdi. Bütün azarkeşlər ona minnətdardır. Toni “Real” əfsanəsidir. O, peşəkarlığı ilə bütün azarkeşlərin sevgisini qazandı. Əgər fikrini dəyişərsə, yenidən onu heyətimizdə görməyə şad olarıq”.

Mayın 24-də alman futbolçu “Real”la müqaviləni yeniləməyəcəyini açıqlamış və karyerasını bitirəcəyini bildirmişdi. Kroos Avropa Çempionatında millinin şərəfini qoruduqdan sonra təqaüdə çıxacaq.

Shares: