Dünən keçirilən yarımfinal oyunundan sonra Milli Hokkey Liqasında “Florida Panters”in rəqibi müəyyənləşib. 6-cı oyunda qalib gələn “Edmonton Oylers” həlledici seriyaya vəsiqə qazanıb.
Xatırladaq ki, sonuncu dəfə “Oylers” 1990-cı ildə, əfsanəvi Veyn Qretskinin vaxtında çempion olub.
Finalla bağlı maraqlı fakt Edmontonla “Florida Panters”in məskunlaşdığı Sanrays arasındakı məsafədir. İki şəhəri bir-biindən 4089 km ayırır. Bu da MHL-in finalları tarixində ən uzun məsafədir.
Qeyd edək ki, ilk oyun Sanraysda keçiriləcək. “Florida Panters” daha çox xal topladığına görə ev üstünlüyünə malikdir.