Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az sözügedən yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Stanislav Çerçesov bu posta təyinat alıb.
O, bir neçə gün öncə istefa verən Məhəmməd Adiyevi əvəzləyib.
Azərbaycan yığması iyunun 11-də Macarıstanda Qazaxıstanla beynəlxalq yoldaşlıq görüşü keçirəcək.