Almaniya əhalisinin dörddə birindən çoxu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatına maraq göstərmir. Bu, ARD televiziyasının keçirdiyi sorğunun nəticəsidir.

Almaniya sakinlərinin 27 faizi üçün Avro-2024 heç bir maraq kəsb etmir. Səsvermədə iştirak edənlərin 43 faizi çempionatla ciddi maraqlandıdığını, 28 faiz isə bir qədər az maraqlandığını bildirib.

Xatırladaq ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Bundestim İsveçrə, Macarıstan və Şotlandiya komandaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Shares: