Azərbaycan futbol millisi müstəqillik illərində 7 iyun tarixində 5 dəfə meydana çıxıb.

Futbolinfo.az saytının məlumatına görə, Albaniya ilə sabahkı yoldaşlıq görüşü yığmamızın 6-cı belə sınağı olacaq.

Komandamız ilk dəfə 1993-cü il iyunun 7-də Qırğızıstanla beynəlxalq turnirdə üz-üzə gəlib və rəqibini məğlub edib. Bu, həm də millimizin hələlik 7 iyunda yeganə qalibiyyətidir.

Digər matçlar Avropa və dünya çempionatlarının seçmə mərhələlərinə təsadüf edib. Komandamızın 2 heç-heçəsi və iki məğlubiyyəti var. Maraqlı məqambu tarixdə keçirilən oyunlar həmişə qarşılıqlı qolun qeydə alınmasıdır.

7 iyun 1993-cü il. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qırğızıstan 3:2

7 iyun 2011. Bakı. Avropa çempionatının seçmə mərhələsi. Azərbaycan – Almaniya 1:3

7 iyun 2013. Bakı. Dünya çempionatının seçmə mərhələsi. Azərbaycan – Lüksemburq 1:1

7 iyun 2015. Pölten. Avropa çempionatının seçmə mərhələsi. Serbiya – Azərbaycan 4:1

17 iyun 2023. Bakı. Avropa çempionatının seçmə mərhələsi. Azərbaycan – Estoniya 1:1

7 iyun 2024. Sombatxey. Yoxlama oyunu. Albaniya – Azərbaycan

Shares: