Futbol üzrə İtaliya millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Luçano Spaletti siyahıya 26 oyunçunun adını daxil edib.
Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Qulelmo Vikario (“Tottenhem”);
Müdafiəçilər: Alessandro Bastoni (“İnter”), Raul Bellanova, Alessandro Buonjorno (“Torino”), Rikkardo Kalafiori (“Bolonya”), Andrea Kambiasso (“Yuventus”), Matteo Darmian (“İnter”), Covanni Di Lorenso (“Napoli”), Federiko Dimarko (“İnter”), Canluka Mançini (“Roma”), Federiko Qatti (“Frozinone”);
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Nikolo Faqioli (“Yuventus”), Maykl Folorunso (“Verona”), Davide Frattesi (“İnter”), Jorginyo (“Arsenal”), Lorenso Pelleqrini (“Roma”);
Hücumçular: Federiko Kyesa (“Yuventus”), Stefan El Şaraavi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Retegi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkayni (“Latsio”).
İtaliya yığması 14 iyun – 14 iyul aralığında Almaniyada baş tutacaq AÇ-2024-ün B qrupunda İspaniya, Xorvatiya və Albaniya milliləri ilə üz-üzə gələcək.