Viza problemi ilə üzləşən Azərbaycan yığmasının üzvü Elvin Bədəlov Albaniya ilə oyundan sonra milli komandanın düşərgəsinə qoşulacaq. Bu barədə futbolinfo.az-a müdafiəçinin özü məlumat verib.
O bildirib ki, səfirlikdə yaranan problem üzündən komanda ilə birlikdə Macarıstana yollana bilməyib: “Mənimlə bağlı heç bir çətinlik yox idi. Problem səfirlikdən qaynaqlanırdı. Ona görə də gec oldu. Artıq məsələ həll olunub. Albaniya ilə bu gün keçiriləcək oyundan sonra yığmaya qoşulacam”.
Xatırladaq ki, viza problemi üzündən səfərə çıxmayan Bədəlov Qazaxıstanla yoldaşlıq matçında millinin düşərgəsində olmalıdır.