“Şəki” basketbol klubu Aleksander Uco ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən futbolinfo.az-a verilən məlumata görə, nigeriyalı məşqçi ilə müqavilə müddəti uzadılmayıb.

“Şəki” yeni baş məşqçisinin adını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, “Şəki” ötən mövsüm nigeriyalı Aleksander Uconun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və komanda Azərbaycan Basketbol Liqasında sonuncu – 10-cu yeri tutub.

Shares: