Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, yığma 9-12-ci yerlər uğrunda qarşılaşmada Şotlandiya ilə üz-üzə gəlib.
Qarşılaşma millinin qalibiyyəti ilə bitib – 2:1.
Qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib – 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb – 2:1.