İstanbul 2027-ci ildə dördüncü Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Baş Assambleyasının Buxarestdə keçirilən iclasında səsvermənin nəticələrinə əsasən qəbul edilib.
Xatırladaq ki, Avropa Oyunları 2015-ci ildən keçirilir. İlk turnir Bakıda (2015), ardınca isə Minskdə (2019) və Krakovda (2023) təşkil edilib.