Norveçin Stavanger şəhərində klassik şahmat üzrə nüfuzlu “Norway Chess 2024” turniri başa çatıb. 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen turnirdə inamlı qələbə qazanıb. Son dünya çempionu isə axırıncı yeri tutub.
Yarışın 10 raundunda Karlsen 17,5 xal toplayıb. Turnirin son raundunda Karlsen amerikalı Fabiano Karuananı məğlub edib.
Yekun nəticələr isə belədir:
1. Maqnus Karlsen (Norveç) – 17,5 xal.
2. Hikaru Nakamura (ABŞ) – 14,5.
3. Əlirza Firuzja (Fransa) – 13,5.
4. Rameşbabu Praqnanandha (Hindistan) – 13.
5. Fabiano Karuana (ABŞ) – 11,5.
6. Dinq Lijen (Çin, hazırkı dünya çempionu) – 7.
Qadınlar arasında turnirin qalibi 17-ci dünya çempionu çinli Ju Venjun olub.