“Latsio” yeni baş məşqçisini seçib. Romalılar bu postu Marko Baroniyə həvalə edəcək.

Futbolinfo.az xəbər verir ki, 3 il postda işləyən Mauritsio Sarrini martda istefaya göndərən “Latsio”, İqor Tüdordan istədiyini ala bilmədi. Xorvat çalışdırıcı komandanı hədəflərinə çatdırmağı bacarmadı və mövsüm bitən kimi yola salındı.

Təyinatına qərar verilən Baroniyə gəlincə, o, dünən bir il işlədiyi “Verona”dan ayrılıb. 21 ildir İtaliyanın fərqli komandalarında işləyən, tez-tez klub dəyişən 60 yaşlı mütəxəssis, karyerasında ən ciddi təklifi alıb. Onunla 2 illik müqavilə bağlanacaq.

Shares: