Kanada qran-prisi başlamazdan əvvəl RB pilotu Yuki Tsunoda, dövlət himninin səsləndirilməsi mərasiminə gecikib.
Komandadan stüardlara verilən məlumata görə, onlar sürücüsünü vaxtında xəbərdar edə bilməyiblər. Məhz bu səbəbdən də Yuki himnin başlamasına gecikib. Stüardlar sürücünün də məsuliyyət daşıdığını qeyd etməklə yanaşı, xəbər tutan kimi himn mərasiminə yetişmək üçün əlindən gələni etdiyini əsas gətiriblər.
Beləliklə də, stüardlar RB komandasının on min avro cərimələnməsini məqsədəuyğun hesab ediblər.