Avropa Liqasının 1-ci təsnifat mərhələsin çərçivəsində ölkəmizi təmsil edən “İnter” səfərdə Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. İyulun 2-də “Laçi Stadium”da oynanılacaq qarşılaşmadan öncə rəqib komandanın qapıçısı Miroslav Vuyadinoviç futbolinfo.az-a danışıb.
32 yaşlı təcrübəli çərçivə qoruyucusu Bakı təmsilçisi cütün favoriti sayıb: “İnter” güclü klubdu. Fikrimcə, bu cütün favoriti Azərbaycan təmsilçisidi. Ona görə də bizə çətin olacaq. Püşk atıldıqdan sonra bu klub haqqında məlumatlar toplamağa başladım. Bilirəm ki, son mövsümdə bu komandada çətinliklər olub. Onların bir çox futbolçuları heyətdən gedib. Yenə də istənilən halda rəqib yaxşı komandadı. Biz sadəcə, sona qədə bacardığımızı etməyə çalışacağıq”.
Vuyadinoviç bütün üstünlüklərinə baxmayaraq “İnter”i məğlub edə biləcəklərini dilə gətirib: “Rəqib üstün olsa da, onları məğlub edə bilərik. Bunun üçün sona qədər mübarizlik lazımdı. “İnter”in hansı gücə malik olduğu Ruben Şakenin orda oynamasından bəllidi. Düzdü, hazırda bu futbolçu Bakı klubunda deyil. Amma oraya gəlibsə, deməli “İnter” güclü komanda olub”.
Serbiyalı futbolçu ən çox azarkeşlərinə güvəndiklərini sözlərinə əlavə edib: “Bizim “Diva Ultras” fan-klubumuz var. Onların dəstəyi komandanın yarısıdı. Ümid edirəm ki, bu futbolçular bizə ilk oyunda möhtəşəm dəstək verəcəklər. Məhz onlara güvənirəm. Bildiyim qədərilə “İnter” elə də güclü azarkeş kütləsinə malik deyil. Deməli biz azarkeş baxımından bir addım öndəyik”.