Bir müddət öncə “Simurq”dan ayrılan Elnur Abdullayevin “Sumqayıt”a keçəcəyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, lakin yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinə keçidi baş tutmayıb.
Belə ki, tərəflər razılığa gələ bilməyib. Bu barədə saytımıza Abdullayev özü məlumat verib: “Sumqayıt”la danışıqlarımız olmuşdu. Oraya keçidim baş tutmaq üzrə idi. Amma son anda bəzi məsələlərə görə bu transfer reallaşmadı”.
Futbolçu “İnter”lə müqavilə bağladığını bildirib: “Artıq “İnter”lə müqavilə imzaladım. 6 aylıq müqaviləyə qol çəkmişəm. Düzdü, bir az gec olduğu üçün Avropa Liqasının ilkin təsnifat mərhələsində komandama kömək edə bilməyəcəm. Amma sonrakı turlarda oynaya bilərəm”.