"Qalatasaray"ın transfer hədəfində olan Almaniya millisinin və "Arsenal"ın ulduz futbolçusu Lukas Podolski maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu İstanbul təmsilçisində oynamaq istədiyini dilə gətirib.
Belə ki, Antalya şəhərində tətil edən polşa əsilli futbolçu “Galatasaray TV”yə bunları deyib: “Qalatasaray”da oynamağı çox istərdim. Komandanın çox yaxşı azarkeşləri var. Sosial şəbəkələrdən mənə maraq göstərirlər. “Qalatasaray”la transfer görüşmələrim davam edir. Ümüd edirəm ki, bu transfer olacaq”.
Qeyd edək ki, Podolski 2012-ci ildən İngiltərə nəhəngində çıxış edir və klubla hələ 1 illik müqaviləsi var. Londonlular bu keçid üçün "Qalatasaray"dan 8 milyon avro tələb etdiyi deyilir.