TASS agentliyinin yaydığı məlumata görə, Rusiya Boks Federasiyası Cavid Rzayevi Hardkor təşkilatının turnirindəki qalmaqaldan sonra yarışlardan ömürlük kənarlaşdırıb. Bununla əlaqədar Hardkor liqasından turnirlərin keçirilməsi üçün alınmış  lisenziya bərpa edilib.

Xatırladaq ki, azərbaycanlı boksçu Rusiya idmançısı Sergey Prixodkonu məğlub etdikdən sonra digər boksçu Artur Kulinskini “rus donuzu” adlandıraraq təhqir etmişdi. Ardınca Rzayev dava salmaq istəsə də, aparıcı tərəfindən dayandırılmışdı.

Qalmaqaldan sonra Rusiya Boks Federasiyası Baş Prokurorluğa azərbaycanlı döyüşçünün ekstremizmlə bağlı ifadələrinin yoxlanılması tələbini də göndərmişdi.

32cb9bd6 7188 4a6a 8995 d761c0ed9cd1 - Futbolinfo.az
Shares: