Avstriya qran-prisində Lando Norris və “Red Bull” pilotu Maks Ferstappenin toqquşmasından sonra “McLaren” komandasına dəyən ziyan təxminən 595 min avro təşkil edib. Bu barədə “F1Maximaal” xəbər verib. Ferstappenin isə avtomobilinin alt hissəsi zədələnib. Bu da təqribən 210 min avroya düzəldilir.

Xatırladaq ki, yarışın finişinə 6 dövrə qalmış Maks Ferstappen Lando Norrislə toqquşub. Bundan sonra “Red Bull” sürücüsü təkər dəyişdirmək üçün pitə getməli olub. Həm də 10 saniyəlik cəza alan niderlandlı pilot nəticədə beşinci olub, Norris isə yarışı tərk edib.

Xatırladaq ki, Avstriya qran-prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel olub. “McLaren”dən Oskar Piastri 2-ci, “Ferrari” komandasının pilotu Karlos Sayns isə 3-cü yeri tutub.

Shares: