ATP Direktorlar Şurası qaydalarda dəyişiklikləri təsdiq edib. Bundan sonra top daşıyan uşaqlar tennis oyunları zamanı idmançılara dəsmal gətirə biləcəklər.

“İdarə Heyəti, COVID-19 pandemiyasından əvvəl olduğu kimi, oyunçuların dəsmal tələb etməsinə icazə verən qaydaya dəyişikliyi təsdiqləyib. Bütün ATP turnirləri bu müddəanı qəbul etməlidir. Bu qayda dəyişikliyi “Uimbldon”dan sonra qüvvəyə minəcək”, – deyə bəyanatda bildirilir.

Əvvəllər bu qayda mövcud olsa da, COVİD-19 zamanı ləğv edilmişdi. Pandemiya zamanı bütün turnirlərdə dəsmal üçün xüsusi qutular qoyulmuşdu. Oyunçular özləri dəsmal götürüb aparırdılar.

Shares: