UEFA “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakim təyinatlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu Azərbaycan çempionunun ev matçını Ukraynadan olan hakimlər briqadasına həvalə edib.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Viktor Kopiyevski idarə edəcək. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Görüşün dördüncü hakimi Dmitri Pançişin olacaq. Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” bu mərhələdə “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. Ağdamlılar ilk görüşünü iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.