Qadın futbolçulardan ibarət İsveçrə yığmasının heyətində dəyişiklik edilib.
Futbolinfo.az yerli futbol assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinin son iki oyununda Türkiyə və Azərbaycanla qarşılaşacaq komandanın bir oyunçusu sıradan çıxıb.
Belə ki, yarımmüdafiəçi Leila Uondeler zədə səbəbindən yığmanın iştirak ərizəsindən çıxarılıb. Fransanın “Lion” klubunun 18 yaşlı futbolçusunun əvəzinə komandaya “Yanq Boyz”un formasını geyinən digər gənc oyunçu Naomi Luyet çağırılıb.
Qeyd edək ki, İsveçrə yığması iyulun 12-də Türkiyə, 16-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.