Yenidən Premyer Liqaya qayıdan “Şamaxı”nın elitanın digər iştirakçısı “Kəpəz”lə yoxlama oyununun vaxtı dəyişdirilib.
Futbolinfo.az saytı xəbər verir ki, komandalar yay təlim-məşq toplanışı çərçivəsində öncədən nəzərdə tutulduğu kimi, iyulun 14-də üz-üzə gəlməyəcək.
Qarşılaşma tərəflərin razılığı ilə bir gün sonraya təxirə salınıb. Beləliklə, iyulun 15-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 17:30-da start götürəcək.