“AS” qəzetinin verdiyi xəbərə görə, “Vilyarreal”ın prezidenti Fernando Royq vergi fırıldaqçılığına görə 11 ay 28 gün həbs cəzası alıb.

Mənbənin məlumatına görə, İspaniya klubunun rəhbəri vergi hesabatları ilə bağlı iki maddə üzrə təqsirli bilinib. Söhbət doğma stadion olan “Estadio de la Ceramica”nın yenidən qurulması ilə bağlı sənədlərdən gedir. “Vilyarreal”ın menecerləri vergi ödəməmək üçün 2004-2005-ci illərdə görülən işlərin dəyəri barədə informasiya bazasına yanlış məlumatlar daxil ediblər. Bu işdə klub departamentindən ümumilikdə 11 nəfər günahkar bilinib.

“Vilyarreal” klubu məhkəmənin qərarı ilə razılaşmayaraq hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Shares: