“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif” növbəti transferini reallaşdırıb.
Futbolinfo.az saytı xəbər verir ki, Moldova klubu bu dəfə müdafiə xəttini gücləndirib.
Tiraspol təmsilçisi qanalı Nana Kvame Boakye ilə müqavilə imzalayıb. “Şerif” 18 yaşlı futbolçunun adını “Zirə” ilə matçlar üçün UEFA-ya sifariş edib.
Boakyenin karyerası ölkəsi Qanada yeniyetmə və gənclərdən ibarət komandalarda keçib. “Şerif” onun ilk peşəkar komandasıdır.
Qeyd edək ki, bu gün Tiraspoldakı “Şerif Arena”da keçiriləcək “Şerif” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.