Serbiya Olimpiya Komitəsinin (OSK) İcraiyyə Komitəsi Parisdə keçiriləcək Olimpiadanın açılış mərasimində bayraqdarları elan edib. Serbiyanın qadın voleybol yığmasının kapitanı Maya Oqnyenoviç və su polosu oyunçusu Duşan Mandiç ölkənin bayrağını daşıyacaqlar.

“İcraiyyə Komitəsinin üzvləri OKC İdman Komissiyasının açılış mərasimində Serbiyanın bayraqdarlarının çoxsaylı olimpiya, dünya və Avropa çempionları – su polosu komandasının üzvü Duşan Mandiç və voleybolçu Maya Oqnyenoviç olması ilə bağlı təklifini qəbul etdilər”, – komtənin bəyanatında deyilir.

Xatırladaq ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Shares: