Madridin “Atletiko” komandası rəsmi saytında futbolçuların 2024/2025 mövsümündə geyinəcəyi yeni formasını təqdim edib.
“Ənənə ilə müasirliyi birləşdirən yeni köynək, mavi yaxalıq və şaquli istiqamətdə paralel uzanan qalın qırmızı və ağ zolaqlar arasında dəyişən zərif xətlər, qırmızı və mavi rənglərin bir-birini əvəz etməsi və incə gradientlərdə birləşməsi ilə fərqlənir. Bu forma bizi “dubl” etdiyimiz əfsanəvi mövsümün formasına və xüsusən də “Barselona” ilə qarşılaşdığımız Kubok finalında istifadə olunan köynəyə qaytarır. 1996-cı il aprelin 10-da Saraqosada keçirilən görüşün əlavə vaxtında Milinko Pantiçin unudulmaz başla zərbəsi sayəsində turnirin qalib olduq”, – deyə klubun açıqlamasında qeyd edilir.