İngiltərənin “Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Kloppun ABŞ millisinə rəhbərlik etməsi təklif olunub. Bu barədə “The Independent” məlumat yayıb.
Xatırladaq ki, ABŞ Futbol Federasiyası Qreq Berhalterin Amerika Kubokundan sonra milli komandanın baş məşqçisi vəzifəsindən azad edildiyini açıqlayıb.
Mənbənin sözlərinə görə, ABŞ Futbol Federasiyası 2026-cı il Dünya Çempionatı üçün Kloppla ilkin təmas qurub. Ölkə Kanada və Meksika ilə birlikdə turnirə ev sahibliyi edəcək. Davam edən Amerika Kubokunda ABŞ komandası qrupda üçüncü yeri tutaraq pley-offa yüksələ bilməmişdi.