“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, qapıçı Nitai Qreys komandanı tərk edəcək.

20 yaşlı qolkiperin karyerasını Kiprdə davam etdirməsi gözlənilir. Çünki israilli qolkiper “Pafos”la müqavilə bağlamağa yaxındır. 2022-ci ildə “Udineze”dən transfer edilən Nitai Qreysin “Makkabi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Onunla yanaşı, yarımmüdafiəçi Maor Levi də Hayfa kollektivini tərk edib. 24 yaşlı oyunçu ölkənin digər komandası Netanya “Makkabi”sinə keçib. Əvəzində 22 yaşlı dayaq yarımmüdafiəçisi Ethan Azulay Hayfa “Makkabi”sinə keçib.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Shares: