Qadınlardan ibarət İsveçrə yığmasının heyətində itki baş verib.
Futbolinfo.az İsveçrə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Aurelie Ksillaq heyətdən çıxarılıb.
Buna səbəb 21 yaşlı oyunçunun topuğundan zədə alması olub. Məşqçilər korpusu Ksillaqı Türkiyə ilə bugünkü oyun üçün sifariş etməyib. Əvəzində “Lütsern”dən Lia Kamber milliyə cəlb olunub.
Qeyd edək ki, İsveçrə yığması B liqası çərçivəsində bu gün Türkiyə ilə, iyulun 16-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.