“Əş-Şabab” klubunun yarımmüdafiəçisi İvan Rakitiç “Hajduk”a keçməyə yaxındır.
Tanınmış insayder Fabritsio Romanonun verdiyi məlumata görə, 36 yaşlı xorvatiyalı Split klubu ilə 2026-cı ilin iyun ayına qədər müqavilə imzalayıb.
Xatırladaq ki, klub heyətini məşhur futbolçularla gücləndirir. 35 yaşlı cinah hücumçusu İvan Perişiç artıq “Hayduk”da oynayır. Komandanın baş məşqçisi Cennaro Qattuzodur, idman direktoru vəzifəsini isə Nikola Kaliniç tutur.