Ağdaş Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümü münasibəti ilə yeniyetmələr arasında veloyürüş təşkil olunub. Yarışda ümumilikdə 40-dək gənc iştirak edib.
Yarışın sonunda oğlanlar arasında Vüsal Məmmədzadə bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Əhməd Nəbiyev və Mahmud Hacıməmmədli qərar tutub.
Qızlar arasında mübarizə daha gərgin keçib. Aylin İsgəndərova yarışın qalibi adını qazanıb. İkinci pillədə Əfsanə İsmayılova, üçüncü pillədə isə Aylin Məmmədova qərarlaşıb.
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplomlarla təltif olunublar.
BƏHRUZ MUSAYEV, AĞDAŞ