Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşan “Zirə” oyunsonrası penaltilər sayəsində turnirlə vidalaşıb.
Futbolinfo.az saytı xəbər verir ki, bu, Azərbaycan klublarının avrokuboklar tarixində penaltilər seriyasına ehtiyac duyduğu 10-cu duel olub.
Maraqlıdır ki, klublarımızın 10 cəhdinin hamısı uğursuzluqla nəticələnib. “Zirə”yə qədər indiki “Şamaxı” “İnter” adı ilə 3, “Keşlə” adı altında isə 1 dəfə penaltilər seriyasında rəqiblərinə yenilib. “Qarabağ” 2, “Bakı fəhləsi”, “Bakı” və “Sabah” isə 1 dueldən məğlub ayrılıb.
Azərbaycan klublarının avrokuboklarda penaltilər seriyası
1998/99 mövsümü, İntertoto kuboku
“Bakı fəhləsi” – “İnkaras” (Litva) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)
2007/08 mövsümü, İntertoto kuboku
“Daçiya” (Moldova) – “Bakı” – 3:1 (hər iki oyun – 1:1)
2010/11 mövsümü, Çempionlar Liqası
“Lex” (Polşa) – “İnter” – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2012/13 mövsümü, Avropa Liqası
“Asteras Tripolis” (Yunanıstan) – İnter – 4:2 (hər iki oyun 1:1)
2014/15 mövsümü, Avropa Liqası
“İnter” – “Elfsborq” (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2020/21 mövsümü, Avropa Liqası
“Keşlə” – “Laçi” (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)
2020/21 mövsümü, Çempionlar Liqası
“Qarabağ” – “Molde” (Norveç) – 5:6 (yeganə oyun – 0:0)
2022/23 mövsümü, Konfrans Liqası
“Gent” (Belçika) – “Qarabağ” – 5:3 (hər iki komanda evdə qalib gəlib – 1:0)
2023/24 mövsümü, Konfrans Liqası
“Partizan” (Serbiya) – “Sabah” – 5:4 (hər iki komanda evdə qalib gəlib – 2:0)
2024/25 mövsümü, Avropa Liqası
“Zirə” – “Şerif” (Moldova) – 4:5 (hər iki komanda səfərdə qalib gəlib – 1:0, 1:2)