Ötən mövsümün sonunda futbolçu karyerasını bitirən “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq müdafiəçisi Maksim Medvedevin məşqçiliyə başlayacağı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Medvedevə Ağdam klubunda iş verilib.

O, məşqçiliyin sirlərini “Qarabağ”ın akademiyasında öyrənməyə başlayacaq. Belə ki, Medvedev “köhlən atlılar”ın U-14 komandasında fəaliyyət göstərəcək. O, bu yaş qrupunun baş məşqçisi Samir Musayevin köməkçisi olacaq. Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Maksim Medvedev futbolçu karyerası ərzində yalnız 1 klubun – “Qarabağ”ın formasını geyinib.

Shares: