“Zirə”, “Sumqayıt” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki ilk oyunlarının təyinatları müəyyənləşib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər üç komandamız ilk görüşünü iyulun 25-də keçirəcək.

Həmin gün rəqibini qəbul edəcək “Zirə”nin matçına lüksemburqlu, “Sumqayıt”ın qarşılaşmasına albaniyalı, Macarıstanda meydana çıxacaq “Sabah”ın görüşünə isə belçikalı referilər göndəriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
25 iyul

19:30. “Zirə” – “Dunayska Streda” (Slovakiya)
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias Balsa, Jasmin Sabotiç (Lüksemburq)
Bakı, “Liv Bona Dea Arena”

20:00. “Sumqayıt” – “Fehervar” (Macarıstan)
Hakimlər: Florian Lata, Culio Mani, Rejdi Zaimi, Kresnik Cyapi (Albaniya)
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu

21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah”
Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer (Belçika)
Kişvarda, “Kişvarda” stadionu

Shares: